Yüklənmə Orderi

yükgöndərənin imzaladığı, yük haqqında zəruri məlumatların göstərildiyi ilkin yük sənədi.
Yükgöndərən
Yüklərin Boşalıb Yüklənməsi
OBASTAN VİKİ
Həbs orderi
Həbs orderi və ya Tutulma haqqında qərar — cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq olunan prosessual məcburiyyət tədbirini əks etdirən qərar.
Korinf orderi
Korinf orderi — kapitellərin akanthus yarpaqları ilə bəzədildiyi və sütunların bir postamentə qoyulduğu klassik memarlıqdakı üç orderdən biridir. Afinada, ehtimal ki, eramızdan əvvəl V əsrdə, dorik və İonik orderlərdən sonra meydana gəlmişdir. İonik orderdən daha mürəkkəb bir formaya malik olan Korinf orderinin forması Yunan mifologiyasına görə daxilində akanthus yarpaqları olan bir səbətdən ilham alınaraq yaradılmışdır. Klassik memarlıqdakı digər iki orderdən daha gec ortaya çıxmışdır və qədim yunan şəhəri Korinfin adını daşıyır. İonik orderdə olduğu kimi baza diametri və hündürlüyü arasında 1/9 nisbət vardır. Bununla birlikdə, Dorik orderinə baxarkən bu nisbətin 1/6 olduğu görünür, yəni Dorik sütunların İonik və Korinf sütunlarından daha qısa bir formaya sahib olduğu görülür.
Toskan orderi
Toskan orderi, yivli və kanelurlu olmayan sütunlara malik, tərkibində triqlif və qutta olmayan, sadələşdirilmiş dor modelinə uyğun bir quruluşa malik tərtibdir. Toskan orderi, üç memarlıq orderinin bir hissəsi deyil, ancaq standartlaşdırılmış bir rəsmi order olaraq təqdim olunur. Əsasən milliyətçiliyə əsaslanan İtalyan İntibahı dövrünün yazıçılarının ixtirasıdır. Bununla birlikdə, yuvarlaq başlı nisbətən sadə sütunlar İtaliyanın və ən azından Avropanın əksər hissəsinin Etrusk memarlığından bəri bağ memarlığının bir hissəsinə çevrilmişdir.
On iki raund 2: Yenidən yüklənmə
12 Raund 2: Yenidən yüklənmə, 2013-cü ildə çəkilmiş Amerika filmidir. Filmin rejissoru Roel Reine olmuşdur və filmdə baş rolu WWE güləşçisi Randy Orton oynamışdır. Nik Malloy adi bir təcili yardım işçisidir. Həmkarı Jay ilə başqa bir mübarizəyə girişən Nick, özünün məkrli psixopat Patrick Hellerin oyununa cəlb olunduğunu görür. Nik telefonla Hellerin əmrini yerinə yetirməlidir, əks halda cinayətkar arvadını öldürəcək. Tezliklə məlum olur ki, Heller həyat yoldaşının qatilindən bir tibb işçisinin köməyi ilə intiqam almaq istəyir.